AZAL istədiyini İsveçdən tapdı

17:41 - 25 İyul 2013

Freddi Borq "təyyarəçilər"in yeni futbolçusu ola bilər

 

Hücumçu axtarışlarını davam etdirən AZAL istədiyini İsveçdən tapıb.

 

Sportal.az xəbər verir ki, bu, isveçli hücumçu Freddi Borqdu. Futbolçu artıq "təyyarəçilə"in heyətində baxışdadır. Bu barədə xəbəri klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verib. Yusifov futbolçu barəsində yekun qərarın yaxın günlərdə veriləcəyini bildirib. 

 

Freddi Borqun karyerasına gəldikdə isə o, İsveçin "Malme", "Helvikens", "Esters", eləcə də Almaniyanın "Hanza" və "Alemaniya" klublarında çıxış edib. Futbolçunun sonuncu iş yeri  “Darmstadt 98” olub.

 

Qeyd edək ki, AZAL bu gün əvəzedici heyətlə yoldaşlıq görüşü keçirəcək və Borq Vaqif Sadıqovun etimadını qazanmaq istəyəcək.

Xəbər xətti