Ruslan Abışovun klubu növbəti mərhələyə adladı VİDEO

02:21 - 26 İyul 2013

Kazan təmsilçisi minimal hesabla sevindi

 

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu doşma arenada Serbiyanın “Jagodina” klubunu məğlub edərək növbəti mərhələyə adlayıb.
 
Səfərdəki oyunda “Jagodina”nı 3:2 hesabı ilə məğlu edən Kazan təmsilçisi evdə minimal hesabla qalib gəlib (1:0) və III mərhələdə Danimarkanın “Randers” klubunun rəqibi olub.
 
Bu görüşdə Ruslan Abışovun ehtiyat oyunçular arasında yer alsa da, meydana çıxmayıb.
 
 
Avropa Liqası, İkinci təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
 
Rubin (Rusiya) - Jagodina (Serbiya) - 1:0
Qol: Gökdəniz Qaradəniz, 52

Xəbər xətti