Gürcülər "Qəbələ"ni qol yağmuruna tutdu

04:54 - 26 İyul 2013

"Qırmızı-qaralar" "VİT Corciya" ilə bacarmadı

 

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası qonşu ölkədə üçüncü oyununu keçirib.

 
Sportal.az xəbər verir ki, Luis Araqonun yetirmələri "VİT Corciya" ilə qarşılaşıb. Matçdan öncə İspaniyada baş vermiş dəhşətli qatar qəzasında həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. 
 
 
Qarşılaşma gürcülərin üstünlüyü ilə başlayıb. Bu üstünlüyü sona qədər qoruyan "VİT Corciya"  matçı 4:0 qalib tamamlayıb. 
Komandamız toplanış çərçivəsində son oyununu sabah keçirəcək. "Qəbələ" "Spartak"la (Tbilisi) üz-üzə gələcək.

Xəbər xətti