"Rəvan"ın Sloveniya hazırlığı başa çatdı

12:02 - 26 İyul 2013

Ramil Əliyevin komandası bu gün vətənə qayıdır
 
"Rəvan” 2013-2014-cü il mövsümünə hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniyanın Maribor şəhərində çalışmalarına ara verməyən komanda dünən axşam məşqi ilə Avropanın bu ölkəsindəki hazırlığını başa vurub. 
 
Qeyd edək ki, bu gün Maribordan ayrılacaq kollektiv Vyana – Bakı təyyarə reysi ilə vətənə dönəcək. Axşamüstü Bakıda olacaq "Rəvan”da futbolçular baş məşqçinin qərarı ilə 2 gün dincələcək. Çalışmalara yeni həftənin əvvəlindən start veriləcək. 

Xəbər xətti