Azərbaycan - Malta oyununun biletləri satışda

12:48 - 26 İyul 2013

Biletlərin qiyməti çox ucuzdu
 
Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
 
Sportal.az xəbər verir ki, "Bakcell Arena"nın kassalarında və 28 Mall Ticarət Mərkəzində satılan biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-dir. Biletlərin bütün kateqoriyalar üçün 2 AZN qiymətinə satılması qeyd olunmuş oyunda millimizi stadionda dəstəkləmək istəyən azarkeşlər üçün AFFA-nın hədiyyəsidir.
 
Qeyd edək ki,  Azərbaycan - Malta oyunu avqustun 14-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.

Xəbər xətti