"Barselona" futbolçuları nömrələrini dəyişdi

14:08 - 26 İyul 2013

Növbəti mövsümdən bəzi oyunçular fərqli nömrələrdə çıxış edəcək 
 
“Barselona”da futbolçuların forma nömrələrində dəyişiklik olub.
 
Sportal.az xəbər verir ki, əvvəl də qeyd etdiyimiz kimi Erik Abidalın "Monako"ya gedişindən sonra 22 nömrəli formaya Dani Alveş sahib çıxıb. Alveşin geyindiyi 2 nömrəli formanı isə Martin Montoya götürüb. 
 
“Barselona”nın kamerunlu futbolçusu Aleksandr Sonq Pedro Rodrigezin 17 nömrəsində çıxış edəcək. Pedro isə “Atletiko”ya keçən David Vilyanın geyindiyi 7 nömrəli futbolka ilə meydana çıxacaq. 
 
Komandanın gənc oyunçularından Kristian Teyyo 20, Serxi Roberto isə 24 nömrəli futbolkanı götürüb. 

Xəbər xətti