"Barselona"dan təklif gələndə qəbul etmədim"

15:14 - 26 İyul 2013

"Bu qərarımdan da peşman deyiləm"
 
Bu mövsüm “Kasımpaşa”nın yeni transferlərindən Rayan Donk maraqlı açıqlaması ilə diqqət çəkib. 
 
Sportal.az xəbər verir ki, komanda ilə Avstriyada təlim-məşq toplanışında olan hollandiyalı futbolçu vaxtilə İspaniya nəhəngi “Barselona”dan təklif aldığını, ancaq qəbul etmədiyini deyib:
 
“Barselona”dan təklif gələndə peşəkar futbolçu karyeramın ilk ili idi. Lui van Qaal ilə danışdım və o, mənə Hollandiyada qalmağımı məsləhət gördü. Onun məsləhəti əsasında qərar verdim və təklifi qəbul etmədim. Bu qərarımdan da peşman deyiləm”.

Xəbər xətti