Qvardiola "Borussiya" ilə keçirəcəkləri Superkubok oyunundan danışdı

03:36 - 27 İyul 2013

"Belə oyunlarda məğlubiyyət bağışlanmazdır"

 

Almaniya Superkubokunda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq "Bavariya"nın baş məşqçisi Pep Qvardiola oyun barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bu kuboku mütləq qazanmalı olduqlarını deyən ispaniyalı mütəxəssis sözlərinə belə başlayıb:

 

"Siqnal İduna Parkdakı ilk oyunuma çıxacam. Belə oyunların xüsusi təcrübəsi olduğunu deyirlər. Belə də ki, bütün finallar xüsusi olur. İşin içində kubok var və bunu qazanmaq həmişə vacibdir. Əgər, "Bavariya"da baş məşqçisinizsə, kuboku qazanmaq məcburiyyətindəsiniz. Belə oyunlarda məğlubiyyət bağışlanmazdır".

 

Qeyd eək ki, “Bavariya” - “Borussiya” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. 

Xəbər xətti