"Biz "Anortosis"i məğlub eləmişiksə, "Qarabağ"la da bacararıq"

12:16 - 27 İyul 2013

"Qefle"nin futbolçusu mətbuata açıqlama verdi

 

İsveçin "Qefle" klubunun futbolçusu Olof Mard Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri olan "Qarabağ"la keçirəcəkləri oyun haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, isveçli müdafiəçi yerli mətbuata açıqlamasında belə danışıb:

 

"Azərbaycana səfərimiz çətin keçəcək. Əgər "Qarabağ" bu mərhələyə qədər gəlib çıxıbsa, deməli güclü rəqibdi. Onların 4 il öncə "Rusenburq"u məğlub elədiklərini bilirik. Ancaq biz "Anortosis"i məğlub eləmişiksə, "Qarabağ"la da bacararıq".

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qefle" oyunu avqustun 1-də saat 21:00-da başlayacaq. 

Xəbər xətti