"Qəbələ"nin Avstriyadakı son rəqibi

17:14 - 27 İyul 2013

Komanda sabah vətənə qayıdacaq
 
Bu gün Avstriya toplanışına yekun vuracaq "Qəbələ" adıçəkilən ölkədə son sınaq oyununu keçirəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Sloveniya təmsilçisi "Smartno" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:00-da start götürəcək. "Qəbələ"nin start heyəti:
 
David Pietrzkeviç, Omar Kalabane, Vladimir Levin, Urfan Abbasov, Rail Məlikov, Nizami Hacıyev, İbrahima Niasse, Lorenzo Ebesilio, Leonarda Da Silva, Yannik Kamanan, Daniyel Subotiç.
 
Qeyd edək ki, "Qəbələ" sabah səhər saatlarında vətənə dönəcək. 

Xəbər xətti