Mikael Dahlberg: "Qarabağ" Polşa klubu kimi komandanı udubsa..."

18:05 - 27 İyul 2013

"Onların Avropada tez-tez oynadığını bilirəm"
 
"Mən Azərbaycan və ya "Qarabağ" haqqında çox məlumata malik deyiləm. Ümumiyyətlə sadəcə adlarını eşitmişəm".
 
Bu sözləri Sportal.az-a açıqlamasında Avroliqanın 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Gefle"nin futbolçusu Mikael Dahlberg deyib. Hücumçu "Qarabağ"ın "Piast"ı məğlub etməsini yüksək dəyərləndirib:
 
"Əgər "Qarabağ" Polşa klubunu udubsa, deməli zəif rəqib deyil. Onların Avroliqada tez-tez oynadığını bilirik. Bizə çətin olacaq. Amma qələbə qazanmağa çalışacağıq".

Xəbər xətti