"Məqsədimiz Superliqaya vəsiqə qazanmaqdır" MÜSAHİBƏ

14:20 - 28 İyul 2013

Arif İsayev: "Tez-tez görüşürük"
 
"Dənizlispor"un azərbaycanlı futbolçusu Arif İsayevin Sportal.az saytına müsahibəsi
 
- Komandada son vəziyyət necədir?
- Şükür, hər şey normaldır. Məşqlər yaxşı gedir. Öz məşqlərimizi edib çempionata hazırlaşırıq. 
 
- Yeni məşqçi necədir? Onunla münasibətlər qaydasındadırmı?
- Hər şey yaxşıdır. Yeni məşqçiylə də münasibətimiz yaxşıdır.
 
- Digər azərbaycanlı futbolçularla görüşürsünüz?
- Onlarla eyni oteldə qalırıq. Görürük bir-birimizi. Boluda qalırıq.
 
- Özcan Bizati sənin komandaya gec qoşulduğunu demişdi. Bu barədə nə deyərdin?
- Bir gün gecikmişdim. O da bilet səbəbindən olmuşdu. Bununla bağlı problem olmadı. 
 
- PTT Liqa Avqustda başlayır. Hədəfləriniz nədir?
- Mümkün qədər irəliləmək. Super Liqaya vəsiqə qazanmaq isətiyirk.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti