"Qarabağ"ın oyunu təxirə salına bilər

23:28 - 28 İyul 2013

Ağdam klubu I tur matçını buraxacaq?

 

Bu həftə start götürəcək Azərbaycan Premyer Liqasının 2013-14-cü il mövsümünün ilk turu çərçivəsində keçirilməli olan "Qarabağ" - "İnter" matçı təxirə salına bilər.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının üçüncü təsnifat mərhələsində avqustun 1-i və 8-də isə İsveçin “Gefle” komandası ilə qarşılaşacağından “İnter”lə matçın təxirə salınma ehtimalı var.
 
Qeyd edək ki, hazırda İsveç çempionatı davam edir və "Gefle"nin "Qarabağ"la oyun öncəsi yəni, bu gün "Malmö" ilə oyunu təxirə salınmadı.

Xəbər xətti