"Digər komandalardan təklif var idi, amma..." MÜSAHİBƏ

11:51 - 29 İyul 2013

Xuan Manuel Varea: "Futbolda belə şeylər olur"
 
"Rəvan"ın forvardı Xuan Manuel Vareanın Sportal.az saytına müsahibəsi
 
- Hazırlıqlar necə gedir?
- Yaxşıdır hər şey. 12 gün Sloveniyada əla hazırlıq keçdik. Çempionata yaxşı hazırlaşmışıq. 
 
- Mövsüm bitdi və sən mövsüm də bombardirlər siyahısında yer aldın. Sənə hər hansı klublardan təklif gəldimi?
- Bəli, təkliflər oldu. Amma mən “Rəvan”da qalmağı üstün tutdum.
 
- Hansı klublardan təklif aldın?
- Başqa ölkələrdən təkliflər almışam. Amma hansı klublar olduğunu deyə bilmərəm.
 
- Azərbaycan klubları var idimi?
- Mən bu barədə artıq danışmaq istəmirəm. Çünki “Rəvan” haqqında düşünürəm.
 
- Azərbaycanda top klublardan təkliflər oldu?
- Yox, mənimlə heç kəs konkret danışmayıb. Sadəcə söz-söhbətlər var idi.
 
- “Rəvan”da bu il hədəfiniz nədir?
- Bu il məqsədimiz ilk “üçlük”də qərarlaşmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. 
 
 
- Ötən il bombardirlər siyahısında idin. Bu il nə qədər qol vurmağı düşünürsən?
- Bu mövsüm daha çox qol vurub birinci olmaq istəyirəm. Nə qədər qol vuracağımı deyə bilmərəm. İndi əsas olan odur ki, oyunlara konsentrasiya olmalıyıq. 
 
- “Simurq”la oyun haqqında nə deyə bilərsən? Mövsümün ilk oyununda onlarla qarşılşacaqsınız...
- “Simurq” çox yaxşı komandadır. Keçən il əla futbol oynadılar. Biz bu oyuna ciddi hazırlaşmalıyıq. Mövsümün ilk oyununda qali gəlmək lazımdır. Mən oyuna hazıram. Çox vacib oyun olacaq.
 
- Qələbə qazana biləcəksiniz?
- Biz yaxşı oynasaq, öz oyunumuzu oynasaq, qalib gələcəyik.
 
- Azərbaycan klublarının Avropadakı oyunlarına baxdın?
- Bəli. Amma tam baxa bilməsəm də, fraqmentləri izlədim
 
- Nə deyə bilərsən bu barədə? Xüsusən də “Xəzər Lənkəran”ın “Makkabi”yə biabırçı məğlubiyyəti haqqında?
- Bu futboldur. Belə şeylər olur. Düzdü 8:0 böyük məğlubiyətdir. Amma futbolda hər şeyi gözləmək olar. “Xəzər Lənkəran” Azərbaycanın ən güclü komandalarındandır. Düşünürəm ki, onlar özlərinə gələcəklər. “Qarabağ”ı da təbrik edirəm. Onlar çox gözəl futbol oynayırlar.
 
- Səncə, bu mövsüm çempion kim olacaq?
- Bütün komandalar mövsümə yaxşı hazırlaşır.  Çətin bir çempionat olacaq. Kimin çempion olacağını sonda görəcəyik. Mən təbii ki, “Rəvan”ın çempion olmasını istəyirəm.
 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti