"Qarabağ" təxirəsalma ilə bağlı müraciət etməyib"

16:08 - 29 İyul 2013

PFL-dən rəsmi açıqlama gəldi
 
"Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ”ın Premyer Liqanın ilk turunda “İnter”lə oyununun təxirə salınma ehtimalı var idi. Təbii ki, “Qarabağ”ın müraciəti olacağı təqdirdə".
 
Sportal.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev  deyib. O, sözlərinə beklə davam etdi:
 
“Onu bildirim ki, “Qarabağ” buna görə bizə heç bir müraciət etməyib”.
 
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 1-də “Gefle”ni (İsveç) qəbul edəcək.
 
sportarena.az

Xəbər xətti