"Burada son ilim olacaq, klubda ciddi problemim var"

18:32 - 29 İyul 2013

Robert Levandovski gələcək taleyindən danışdı
 
“Borussiya” Dortmundun polşalı forvardı Robert Levandovski bəyan edib ki, Dortmund "Borussiya"sında müqaviləyə görə son ilini oynayacaq.
 
Sportal.az xəbər verir ki, həmçinin futbolçu  deyib ki, komandadakı bəzi adamlardan narazıdır.
  
“Problem həll olunub. Mən özümü komandada yaxşı hiss edirəm, amma mənim bəzi adamlarla problemim var. Bu, ciddi problemdir”.
  
Xatırladaq ki, Levandovski bu yay “Bavariya”ya keçmək istəyirdı, lakin Dortmund klubunun rəhbərliyi əzəli rəqibinə Mario Getzeni satandan sonra Roberti komandada saxlayıb.

Xəbər xətti