"Qarabağ" braziliyalı futbolçunun transferini rəsmiləşdirdi

12:22 - 30 İyul 2013

Çumbinyo 2 illik müqavilə imzaladı
 
Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Çumbinyo karyerasını Azərbaycanda davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu artıq “Qarabağ”la iki illik müqavilə imzalayıb.
 
Ancaq futbolçunun transfer vərəqəsi alınmayıb. İki gün ərzində məssələ həll olunsa, Çumbinyonun adı UEFA-nın iştirak ərizəsinə salınacaq.

Xəbər xətti