"Heç vaxt "Qalatasaray" forması geyinmərəm"

12:58 - 30 İyul 2013

"Bu, "Fənər" azarkeşinin xoşuna gəlməz" 
 
“Fənərbaxça”nın futbolçusu Pyer Vebo heç vaxt “Qalatasaray” forması geyməyəcəyini söyləyib.
 
Sportal.az xəbər verir ki, “Qalatasaray”ın müdafiəçisi Daninin Kamerunda təşkil etdiyi oyunda hər kəs “sarı-qırmızı”lı forma geyinib. Amma Vebo Daninin bu istəyini yerinə yetirməyib. Bu barədə futbolçu özü açıqlama verib:
 
“Dani məndən “Qalatasaray” formasını geyinməyimi istədi. Mən isə “Fənərbaxça” forması ilə oynamağa üstünlük verdim. Heç vaxt bu formanı geyinmərəm. Çünki bu, “Fənər” azarkeşinin xoşuna gəlməz. 
 
“Fənərbaxça”ya gəldikdən sonra yaxşı işlər gördüyümü düşünürəm. Ümid edirəm ki, növbəti mövsümdə daha çox qol vuracam. “Fənərbaxça” böyük klubdu və mən bu klubu sevirəm. Növbəti mövsüm mütləq çempion olmalıyıq. Çünki bu komanda üst-üstə 3 il çempionluqdan kənarda qala bilməz. Aykut Kocamanın da istefasına çox təəccübləndim və kədərləndim. Amma qərarına hörmət etmək lazımdı”. 

Xəbər xətti