"Neftçi"nin futbolçusu milli komandasına dəvət aldı

14:00 - 30 İyul 2013

Bahodir Nasimov toplanışa yollanacaq
 
"Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət alıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nasimov yığmasının heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı pley-off oyunlarında iştirak edə bilər. Özbəkistan millisi bu komanda ilə sentyabrın 6-da səfərdə, 10-də isə evdə qarşılaşacaq. Hücumçu bu oyunlara hazırlıq məqsədilə avqustun 11-dən 15-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da çağırılıb. Özbəkistan yığması həmin toplanış çərçivəsində avqustun 14-də  Türkiyə milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.  

Xəbər xətti