"Sumqayıt" - "Xəzər Lənkəran" oyununun başlama saatı açıqlandı

22:49 - 30 İyul 2013

Aqil Məmmədovun yetirmələri "ağ-yaşıllar"a qarşı

 

Azərbaycan Premyer Liqasının 2013-14 mövsümünə start verilir. Sportal.az xəbər verir ki, "Sumqayıt" ilk turda "Xəzər Lənkəran"ı qonaq edəcək.
 
Bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda avqustun 4-də saat 18:30-da start götürəcək.
 
Əvəzedicilər isə avqustun 3-də eyni saatda Sumqayıt İdman Mərkəzində rəqibini qəbul edəcək.

Xəbər xətti