Joze Mourinyo: "Droqbanın "Çelsi"yə geri dönəcəyinə inanıram"

23:51 - 30 İyul 2013

"O, bu günə kimi çalışdığım ən yaxşı hücumçulardan biridir"

 

"Çelsi"nin yeni baş məşqçisi Joze Mourinyo klubun sabiq futbolçusu Didye Droqba haqqında danışıb.

 
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən portuqaliyalı mütəxəssis fil dişi sahilli hücumçunun bir gün London klubuna qayıdacağını deyərək fikrini belə izah edib:
 
"O, bu günə kimi çalışdığım ən yaxşı hücumçulardan biridir. "Çelsi" Droqbanı çox sevir. Bu da normaldır. Çünki klubun tarixinin ən yaxşı futbolçularından biridir. Mən onun bir gün kluba geri dönəcəyinə inanıram".
 
Qeyd edək ki, Droqba hazırda "Qalatasaray"ın futbolçusudur və klubu ilə bir illik müqaviləsi var.

Xəbər xətti