"Barselona"nın əfsanəvi qapıçısı dünyasını dəyişdi

00:49 - 31 İyul 2013

Antoni Ramalets vəfat etdi

 

İspaniya milli komandasının və “Barselona”nın sabiq qapıçısı Antoni Ramalets dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, 89 yaşında vəfat edən "El Gato de Maracaná"(Marakana pişiyi) ləqəbli qolkiper karyerasını 1962-ci ildə başa vurmuşdu. 
 
Xatırladaq ki, 1946-cı ildən 1962-ci ilə qədər, yəni 16 il Kataloniya təmsilçisinin şərəfini qoruyan Ramalets 35 dəfə də İspaniya millisi ilə meydana çıxıb.
 
 

Xəbər xətti