Açılış turunun 3 oyunu canlı yayımda

03:57 - 31 İyul 2013

Premyer Liqaya start verilir

 

Bu həftə Azərbaycan Premyer Liqasının 2013-14 mövsümünə start veriləcək.
 
Sportal.az xəbər verir ki, birinci turun üç oyununu “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
Belə ki, turun açılışında keçiriləcək “Bakı” – “Qəbələ” oyunu başda olmaqla, “Neftçi” – AZAL və “İnter” – “Qarabağ” görüşlərini azarkeşlər canlı yayımda izləyə biləcəklər.

Xəbər xətti