"Rəvan" 3 futbolçu ilə müqavilə imzaladı

11:23 - 31 İyul 2013

Komanda heyətini gücləndirməkdə davam edir
 
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə müqavilə bağlayıb. Kamil və İvan qarşıdakı 1, Elnur isə 2 mövsümdə "aslan” olacaq.
 
Qeyd edək ki, daha öncə komanda Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun keçidini rəsmən həll edib. Bunlar Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanov idi.

Xəbər xətti