Ronaldo Messinin "başına oyun açdı" FOTO

12:23 - 31 İyul 2013

Messi də şorgözlük edərmiş
 
Dünya futbolunun və “Barselona”nın ulduzu Lionel Messi bu dəfə futboldankənar hərəkəti ilə gündəmə gəlib.
 
Sportal.az xəbər verir ki, evli və bir uşaq atası olan argentinalı oyunçunun sarışın bir qadınla fotosu yayılıb. Argentinada nəşr olunan “Pronto” adlı maqazin jurnalının xəbərinə görə, iyun ayında Las-Veqas şəhərində əfsanəvi braziliyalı futbolçu Ronaldo şənlik təşkil edib. Messinin həmin fotosu da bu şənlikdə çəkilib. Jurnalın üz qabığında çıxan şəkil bütün dünyaya yayılıb. 
 
Qeyd edək ki, ulduz futbolçu məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.  
 
 

Xəbər xətti