Statistika: "Bakı" - "Qəbələ"

12:50 - 31 İyul 2013

Bu günə kimi komandalar 21 dəfə üz-üzə gəlib
 
Premyer Liqanın açılış oyununda “Bakı” öz meydanında “Qəbələ”ni qəbul edəcək. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu günə kimi komandalar 21 dəfə üz-üzə gəliblər. 12 oyunda rəqibindən üstün olan “Bakı” cəmi 4 qarşılaşmada məğlub olub, 4 oyunda isə barəbərə qalıb. Komandanın “Qəbələ” üzərində ən böyük qələbəsi 3:0 olub. 
 
Ümumillikdə hər iki komanda arasında keçirilən bütün oyunlada 39 top vurulub. Onlardan 25 top “Bakı”-nın, 14 top isə “Qəbələ”-nin hesabına yazılıb. 
 
Qeyd edək ki, Premyer Liqanın ilk turu “Bakı”nın təlim məşq bazasında 2 avqust, saat 18:30-da baş tutacaq. 

Xəbər xətti