"Rəvan"ın yeni transferi görün nələr edir VİDEO

13:12 - 31 İyul 2013

Futbolçudan gözəl qollar
 
2013-14 mövsümünə hazırlaşan "Rəvan” daha 1 transfer rəsmiləşdirib. 
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sığortaçılar" Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb. Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı isveçli futbolçu ilə 1 illik saziş imzalanıb.
 
Qeyd edək ki, Kastro-Telyo İsveçin "Hammarbü” klubundan transfer edilib. Bir neçə il öncə yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında nominant olmuş Sebastyan İsveçin 21 yaşa qədər futbolçularından ibarət millisində də top qovub. U-21-də o, 11 oyuna 3 qol vurmağa nail olub.
 

Xəbər xətti