"Qefle" – "Qarabağ" matçı saat 22:00-da başlanacaq

17:18 - 31 İyul 2013

İlk oyun isə sabah 21:00-da başlayacaq

 

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qefle" - "Qarabağ" matçının başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, "Norrporten Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Avqustun 8-də keçiriləcək "Qefle" - "Qarabağ" matçını isveçrəli referi Stefan Klossner idarə edəcək.

 

Rəqiblər arasındakı ilk oyun sabah Bakıda keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər xətti