"Qarabağ" "Gefle" ilə oyuna itkilərlə çıxır

20:16 - 31 İyul 2013

Vüqar Nadirov sabahkı oyunu buraxacaq

 

Sabah Avropa Liqası III təsnifat mərhələsi ilk oyun çərçivəsində "Qarabağ" İsveç klubu "Gefle" ilə qarşılaşacaq. Sportal.az-ın əldə etdiyi məlumata görə, bu görüş öncəsi Ağdam təmsilçisinin zədəli oyunçuları var.

 

Belə ki, həmin zədəli futbolçulardan Vüqar Nadirov əzələsində dartılma olduğu üçün sabahkı oyun da daxil olmaqala iki həftə komandasına kömək edə bilməyəcək. Reynaldo Silvanın isə "Gefle" ilə birinci oyuna çıxacağı şübhə altındadır. 

Xəbər xətti