"Bakı" iki transferini rəsmən açıqladı

23:36 - 31 İyul 2013

"Zolaqlılar" yeni futbolçuları ilə müqavilə imzaladı

 

“Bakı” iki yeni transferini rəsmən açıqlayıb. Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu bir müddətdir heyətində baxışda olan Yure Travner və Georgios Pelagiasla 1 illik müqavilə bağlayıb.

 
 
Yure Travner 1985-ci ildə, sentyabrım 28-də Slovenianın Çelye şəhərində dünyaya gəlib. Futbolçu kimi karyerasına “Celje” komandasında başlayan Travner ardıcıl olaraq “Smartno”, “Dravoqrad”, “Sent Mirren”, “Ludogorets” və “Mura” klublarında çıxış edib.
 
Georgios Pelagias isə 1985-ci ildə, mayın 10-da Kiprin Nikosiya şəhərində dünyaya gəlib. Futbolçu kimi karyerasına “Olimpiakos Nikosiya” komandasında başlayan Pelagias ardıcıl olaraq “AO Kerkira”, “Atletiko Roma” və “Barletta” klublarında çıxış edib. 2011-ci ildə ilk dəfə Kipr milli komandasına çağırılıb. 

Xəbər xətti