İlk oyun Qəbələdə olacaq

11:29 - 1 Avqust 2013

"Simurq" "Rəvan"ı Qəbələdə qəbul edəcək
 
Cümə günü Premyer Liqada yeni mövsümə start veriləcək.
 
Sportal.az "Rəvan"ın rəsmi saytına istinadən xəbər verir ki, 2013/14 mövsümü tarixə 10 komandanın iştirakı ilə 4 dövrədə keçiriləcək ilk çempionat kimi düşəcək. Artıq I turun oyun cədvəlləri açıqlanıb.
 
"Simurq”lə "Rəvan"ın səfər oyunu avqustun 3-də Qəbələ şəhər stadionunun təbii örtüklü meydançasında keçiriləcək. Zaqatala təmsilçisi ilə səfər görüşünün adıçəkilən bölgədə yox, Qəbələdə baş tutması Zaqatala şəhər stadionunda aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədardır. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 18:30-da başlayacaq.
 
"Rəvan"ın əvəzedicilərdən ibarət komandası isə "Simurq” ilə ayın 2-də görüşəcək. Saat 18:30-da başlayacaq qarşılaşma Qəbələ rayon Hacıəli kənd stadionunda baş tutacaq. 

Xəbər xətti