"Qarabağ" "Gefle"ni məğlub etdi YENİLƏNİB

22:53 - 1 Avqust 2013

Qurban Qurbanovun komandası İsveç klubuna qarşı
 
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ” doğma meydanda İsveçin “Gefle” klubunu qəbul edəcək. Oyun Tofiq Bəhrəmov adına Respublika stadionunda saat 21:00-da başlayacaq. Bu komandaların cavab oyunu isə avqustun 8-də keçiriləcək. 
 
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri buna qədər Makedoniya “Metallurq”unu və Polşanın “Pyast” klubunu mübarizədən kənarlaşdırıb. 
 
1 avqust
 
Avropa Liqası: III təsnifat mərhələsinin ilk oyunu
 
21:00. “Qarabağ” (Azərbaycan) – “Gefle” (İsveç) - 1:0
Qol: Reynaldo, 89
Hakimlər: Nicolas Rainville (Fransa), Stephan Luzi (Fransa), Serkan Ok (Türkiyə), Sebastien Desiage (Fransa)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Kaj Natri (Finlandiya) 

Xəbər xətti