Milinko Pantiç: "Qəbələ"nin zəif yerlərini də bilirik"

14:15 - 1 Avqust 2013

Baş məşqçi ilk turun oyunu haqqında danışdı
 
Premyer Liqanın birinci turunda “Qəbələ” klubu ilə oyuna hazırlaşan “Bakı” bu gün səhər saatlarında bir məşq keçirib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi 1,5 saat davam edib. Milinko Pantiç “Qəbələ” ilə oyun barədə bunları deyib:
 
“Rəqibimizin heyətində yaxşı hücuma meyilli futbolçular mövcuddur. Bununla yanaşı, “Qəbələ”nin zəif yerlərini də bilirik.” 
 
Qeyd edək ki, Premyer Liqanın ilk turu avqustun 2 saat 18:30-da “Bakı” klubunun təlim-məşq bazasının stadioununda start götürəcək. 

Xəbər xətti