Vobay komanda yoldaşları ilə vidalaşdı FOTOLAR

15:35 - 1 Avqust 2013

Futbolçu "Neftçi"dən ayrıldı
 
"Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay komandadan ayrılıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, syerra-leoneli futbolçu klub prezidenti Sadıq Sadıqov və komanda üzvləri ilə görüşərək sağollaşıb. Klub prezidenti ona “Neftçi”dəki xidmətlərinə görə təşəkkür edərək, uğurlar arzulayıb. Daha sonra Julius Vobay futbolçuların hər biri ilə ayrı-ayrılıqda görüşüb.
 
Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Vobay icarə əsasında 1 il müddətinə BƏƏ-nin “Əl Şaab” klubunda çıxış edəcək.
 
 

Xəbər xətti