"Xəzər Lənkəran"ın da qələbəyə ehtiyacı var"

15:52 - 1 Avqust 2013

Vüqar Əsgərov: "Tam gücümüzü meydanda qoyacağıq"
 
"Biz bütün diqqətimizi bu oyuna yönəltmişik. Rəqibimiz güclü komandadır. Onları məğlub etməyə çalışacağıq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Vüqar Əsgərov deyib. Hücumçu rəqibdən qormxadıqlarını bildirib:
 
"Rəqibdən çəkinmirik. "Xəzər Lənkəran" "Makkabi"yə 0:8 hesabı ilə uduzsa da, bizimlə oyuna inanıram ki, tam gücüylə hazırlaşır. Onların da qələbəyə ehtiyacı var. Amma biz bütün gücümüzü ortaya qoyub mövsümə qələbə ilə başlamaq istəyirik".

Xəbər xətti