Rəşad Abdullayev rəsmən "Rəvan"da

20:57 - 1 Avqust 2013

"Sığortaçılar"dan növbəti transfer

 

Yeni mövsümə hazırlaşan "Rəvan” klubu heyətini gücləndirməkdə davam edir.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, komanda bu gün növbəti transferi rəsmiləşdirib. Söhbət Rəşad Abdullayevin keçidindən gedir. 31 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümdə "Rəvan"ın şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Rəşad "Rəvan"ın bu yay heyətinə qatdığı 10-cu futbolçu oldu. Daha öncə Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov, Bəxtiyar Soltanov, Kamil Nurəhmədov, Elnur Abdulov, İvan Pexa və Sebastyan Kastro-Telyo "sarı-qırmızı”lı komandaya transfer olunub.

Xəbər xətti