Abdulbari Gözəl: "Qarabağ"ın adını dünyaya tanıtdıq"

23:41 - 1 Avqust 2013

"Qurban bəy kimi istərsə, onu da alacağıq"

 

"Biz hər zaman "Qarabağa" dəstək verdik. Qələbəyə görə komandanı təbrik edirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Abdulbari Gözəl deyib. Klub rəhbəri mərhələ adlayacaqlarına inandığını deyərək fikrini belə izah edib:

 

"Görürsünüz ki, "Azərsun" boş-boşuna işlər görmür. Mənim futbola maraqım yox idi. "Qarabağ" sayəsində futbola marağım yarandı. "Qarabağ"ın adını dünyaya tanıtdıq. Komandamızın növbəti mərhələyə adlayacağına da böyük inamım var. "Qarabağ" Azərbaycanındır".

 

Sual: "Qarabağ" qruplara düşsə, ulduz futbolçu transfer edəcəksiz?"

"Qurban bəy kimi istərsə, onu da alacağıq".

Xəbər xətti