Türkiyə mətbuatı "Qarabağ"ın qələbəsindən yazdı

11:31 - 2 Avqust 2013

Məşhur "Sporx.com" saytı Ağdam təmsilçisini diqqətdən kənarda saxlamadı
 
"Qarabağ" klubunun Avropa Liqasındakı uğurlu çıxışı qardaş ölkə Türkiyə mətbuatının da diqqətindən kənarda qalmayıb.
 
Sportal.az xəbər verir ki, Türkiyənin aparıcı idman portallarından olan "Sporx.com" saytı "Qarabağ"ın "Gefle" üzərindəki qələbəsinə yer ayırıb."Qarabağ" Azərbaycanı sevincə boğdu" başlıqlı yazıda Ağdam təmsilçisinin İsveç klubunu Reynaldonun yeganə qolu sayəsində məğlub etməsi qeyd olunub.
 
Eyni zamanda bu qələbə sayəsində İsveçə minimal hesablı üstünlüklə yollanacaq "Qarabağ"ın Azərbaycanın Avropa Liqasında yeganə təmsilçisi olması da xüsusi vurğulanıb.

Xəbər xətti