"Bu problem çempionatın gedişində həllini tapacaq" MÜSAHİBƏ

15:36 - 2 Avqust 2013

Ramil Əliyev: "70-80 faiz biz çempionata hazırıq"
 
"Rəvan"ın baş məşqçisi Ramil Əliyev Sportarena.az-a saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir: 
 
- Yeni mövsümə hazırlıqlarınız necə keçdi?
- Sloveniyada tam heyətlə hazırlığa başladıq. Orada 4 yoxlama oyunu keçirdik. Nəticə elə də yaxşı olmadı, amma istədiklərimizi həyata keçirdik.
 
- Komandanız tam hazırdımı çempionata?
- Tam deyə bilmərəm. Amma 70-80 faiz biz çempionata hazırıq.
 
- Komandanız çoxlu sayda transfer etdi. Yeni transferləriniz komandaya uyğunlaşa biliblərmi?
- Tam uyğunlaşa bilməyiblər. Elə oyunçular var ki, komandaya gec qoşulublar. Bununla da çempionatda bəzi çətinliklər ola bilər. Amma bu problem çempionatın gedişində həllini tapacaq
 
- Rəşad Abdullayev komandaya keçidi rəsmiləşdi ?
- Rəşad dünəndən etibarən komandamızın futbolçusudur və komanda ilə məşqlərə başlayıb
 
- Komandanız "transfer pəncərəsi"ni bağlayıb, yoxsa yeni oyunçu almaq fikriniz var?
- Bəli, komandamız 2-3  yeni futbolçu heyətə qatmaq niyyətindədir.
 
- Yerli, yoxsa xarici?
- Yəqin ki, xarici olacaq
 
- Bu il çempionatda əsas hədəfiniz nə olacaq?
- Əsas hədəf yuxarı pillələrdən birinə sahib olmaq, əlimizdən gəldiyi qədər gözəl oyun nümayiş etdirməkdir.
 
- “Qarabağ”ın dünənki Avroliqa oyunu haqqında nə deyə bilərsən?
- “Qarabağ” layiqli qələbə qazandı. Cavab oyununda da “Qarabağ”a uğurlar arzu edirəm.

Xəbər xətti