"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq"

11:01 - 3 Avqust 2013

Milinko Pantiç: "Qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik"

 

Premyer Liqanın ilk oyunu - "Bakı" - "Qəbələ" (1:2) matçından sonra keçirilən ənənəvi mətbuat konfransında komandanın baş məşqçiləri fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi Milinko Pantiç oyun haqqında bunları deyib:

 

"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik”.

Xəbər xətti