AZAL-ın yeni transferi

13:12 - 3 Avqust 2013

"Bu da mənim AZAL-ı seçməyimdə böyük rol oynadı"
 
AZAL heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki,  Almaniya III liqa klubu "Darmştadtın hücumçusu Freddi Borq Bakı klubuna transfer olunub.
 
Bu barədə 27 yaşlı futbolçunun özü məlumat verib:
 
"Bir neçə İsveç klubu ilə danışıqlarım oldu. Lakin mən Azərbaycanda oynamağı qərarı aldım. AZAL haqda çox məlumatım yoxdur. Hər hansı transferdə maliyyə vəsaiti böyük amildir. Mən yeni komandamda nə qədər alacağımı deməyəcəm. Ancaq əvvəlki komandamda aldığımdan iki dəfə çox qazanacağam. Bu da mənim AZAL-ı seçməyimdə böyük rol oynadı". 

Xəbər xətti