Azərbaycan - Malta oyununun biletləri daha bir ünvanda

14:50 - 3 Avqust 2013

Bilet satışı davam edir
 
Avqustun 14-də, saat 21:00-da Azərbaycan və Malta milli komandaları arasında "Bakcell Arena"da keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
 
Sportal.az xəbər verir ki, artıq daha bir satış nöqtəsində - Park Bulvar Alış-Veriş Mərkəzində bilet almaq mümkündür. Oyunun biletləri daha əvvəl "Bakcell Arena"nın kassalarında və 28 Mall Ticarət Mərkəzində satılırdı. Biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-dir.

Xəbər xətti