"Türkiyə kimi aşağı liqada oynayaraq Hollandiyanın kapitanı ola bilməzsiz"

15:54 - 3 Avqust 2013

"İndi o, buna görə təəssüflənməməlidi"
 
“Qalatasaray”ın əsas heyət oyunçularından Uesli Sneyder ağır tənqidə məruz qalıb.
 
Sportal.az xəbər verir ki, holland futbolunun canlı əfsanələrindən Vim Kift milli komandaya dəvət olmayan Sneyder və türk futbolu haqqında tənqidi fikirlər səsləndirib:
 
“Sneyder Türkiyədə gözdən uzaqda qalır. Türkiyə çempionatı kimi aşağı liqada oynayaraq Hollandiya millisinin kapitanı ola bilməzsiz. Sneyder pul üçün Türkiyəyə gedəndə belə olacağını çox gözəl bilirdi. İndi o, buna görə təəssüflənməməlidi”.  

Xəbər xətti