Etame rəsmən "Xəzər Lənkəran"da! VİDEO

17:49 - 3 Avqust 2013

Futbolçu ilə ikillik müqavilə imzalandı
 
"Xəzər Lənkəran" Futbol Klubu heyətini kamerunlu forvardla gücləndirdi. Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya 2 illik müqaviləyə imza atan Mbilla Etame Serj Flavier bundan sonra ağ-yaşıl formada çıxış edəcək. 
 
25 yaşlı afrikalı forvard 2008-ci ildən etibarən Türkiyənin "Bank Asiya" Liqasının təmsilçisi olan "Adanaspor"un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrildi. Ümumilikdə, Türkiyə təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011 mövsümünün yekunlarına əsasən Türkiyənin "Bank Asiya" liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb. Maraqlıdır ki, yeni transferimiz imza atdığı qollardan yalnız birini penaltidən vurub. 
 
Yaxın saatlarda futbolçunun "Xəzər Lənkəran"ın oyun öncəsi məşqinə qoşulacağı gözlənilir.
 

Xəbər xətti