Etame nə vaxt oynaya biləcək?

17:54 - 3 Avqust 2013

Futbolçu yalnız "Simurq"la oyunda meydana çıxa bilər

 

"Xəzər Lənkəran"ın yeni transferi Mbilia Etame artıq komanda ilə rəsmən müqavilə bağladı. Onun nə vaxt meydana çıxa biləcəyi isə sual doğurur. Bunu aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Sportal.az-a açıqlaamasında bunları dedi:

 

"Onun transferi vərəqinin gəlməsini gözləyəcəyik. Etame ancaq "Simurq"la oyunda meydana çıxa bilər".

Xəbər xətti