Ramil Əliyev: "Hamını təbrik edirəm"

20:56 - 3 Avqust 2013

"Üç xal qazanmaq istədik ..."
 
"Premyer Liqanın başlaması münasibəti ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzu edirəm".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Simurq"a məğlubiyyətdən sonra "Rəvan"ın baş məşqçisi Ramil Əliyev deyib. Gənc çalışdırıcı rəqibin yaratdığı epizodlardan daha yaxşı istifadə etdiyini bildirib:
 
"Bu gün 3 xal qazanmalı idik, təəssüf ki, alınmadı. Rəqib yaratdığı qol epizodlarından yaxşı istifadə etdi və qalib gəldi. Artıq növbəti oyuna hazırlaşacağıq”.

Xəbər xətti