Vaqif Sadıqov: "Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi"

00:35 - 4 Avqust 2013

"İkinci hissədə heyətdə dəyişikliklər etdik, lakin..."

 

"Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Oyuna ciddi hazırlaşmışdıq, lakin cinahları bağlaya bilmədik, 1:4 hesabı ilə məğlub olduq".

 

Sportal.az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Neftçi" ilə oyundan sonra (1:4) keçirilən mətbuat konfransında deyib.

 

V.Sadıqov bu oyunda istədiyi transferləri həyata keçirə bilmədiyini vurğulayıb: "İkinci hissədə heyətdə dəyişikliklər etdik, lakin istədiyim əvəzetmələri həyata keçirə bilmədim. Bəzi oyunçularımızın transfer vərəqəsi hələ gəlmədiyi üçün onlardan yararlana bilmədik".

Xəbər xətti