Lionel Messi "Neftçi"yə gəlir? FOTO

14:31 - 4 Avqust 2013

Gülməli və məzəli xəbər
 
Vyetnam mətbuatı məzəli bir xəbər yayıb.
 
Sportal.az  "Ze Tao Vyetnam"a istinadən xəbər verir ki, Bakının "Neftçi" klubu Lionel Messini almaq istəyinə düşüb. Özü də "ağ-qaralar" buna görə 250 milyon avrosundan keçməyə hazırdılar! 
 
Həmkarlarımız yazır ki, Bakı klubu Messiyə ildə 30 milyon avro maaş verməyə hazırdılar. Hələ bu harasıdı? Vyetnamlıların fantaziyası o qədər irəli gedib ki, onlar klubun prezidenti Sadıq Sadıqovun adından açıqlama belə yazıblar. Mətbuat iddia edir ki, onun 6 milyard dollar sərvəti var və Messini almaq üçün istənilən məbləği ödəməyə hazırdı: "Messinin gəlişi "Neftçi" üçün böyük reklam olacaq. Üstəlik, biz Çempionlar Liqasını qazanmaq istəyirik və bunun üçün belə oyunçuya ehtiyacımız var".
 
Təbii ki, vyetnamlılar zarafat ediblər. Sadəcə maraqlıdı, yumor hissləri yaxşı olan asiyalıların ağlına dünyadakı onminlərlə klubdan niyə məhz "Neftçi" gəlib? 

Xəbər xətti