Yığmamız turnirə qələbə ilə başladı

15:09 - 4 Avqust 2013

Milli komandamız Belarusu məğlub etdi
 
Qırğızıstanda təşkil olunmuş “Dostluq Kuboku” turnirində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
 
Sportal.az xəbər verir ki,  belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 5:3 hesabı ilə qələbə qazanıb. Fərid Əsədlinin het-trik etdiyi oyunda Pilağa Mehdiyev və Adəm Əsgərov hərəyə 1 dəfə fərqlənib.

Xəbər xətti