Qurban Qurbanov: "Ona qarşı ötən mövsümdən basqı var"

22:34 - 4 Avqust 2013

"Bu gün təcrübəsi az olanlara şans vermişdim"
 
"Maraqlı oyun oldu. Oyun sistemində dəyişiklik etmişdim".
 
Sportal.az xəbər verir ki, bu sözləri Premyer Liqasının I turu çərçivəsində bu gün keçirilmiş "İnter" - "Qarabağ" oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.Qurbanov bildirib ki, çempionatın ilk oyunları həmişə ağır olur:
 
"Vaxtımız azdı. "Gefle"ylə çətin səfər oyununa hazırlaşmalıyıq. Bu gün təcrübəsi az olanlara şans vermişdim. Bəzi epizodlarda özümü saxlaya bilmədim. Rəhim Həsənov təriflədiyim hakimlərdəndi. Onlara qarşı ötən mövsümdən basqı var. Ona görə bəzi məqamlarda "Qarabağ"a qarşı belə qərarlar qəbul edirlər". 

Xəbər xətti